Son matçlarında huşunu itirən futbolçudan xəbər var

24.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son matçlarında huşunu itirən futbolçudan xəbər var

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala fərdi məşqlərə başlayıb.

QOL.az xəbər verir ki, 23 yaşlı futbolçu səhhətində yaranan problemlər səbəbindən hələlik komandadan ayrı çalışır.

Xatırladaq ki, Musiala son iki oyununda özünü pis hiss edərək matç zamanı huşunu tirib və tibbi yardım göstərildikdən sonra əvəzlənib. Müayinələr nəticəsində onda nevroloji disfunksiya ilə əlaqəli, qısamüddətli və müalicəsi mümkün olan tutmalar aşkarlanıb.

“Sky Sport Germany” nəşrinin məlumatına görə, almaniyalı futbolçu bu gün klubun bazasında fərdi məşqini başa vurub. Onun yaxın zamanda mərhələli şəkildə komanda məşqlərinə qoşulacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью