Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lionel Messi Argentina millisində son məşqinə çıxıb.
QOL.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi bu barədə sosial şəbəkə hesablarında paylaşım edərək "Özəl anlar. Bilirəm ki, darıxacam" yazıb.
Messi bu gecə kapitanı olduğu milli komandada vida matçına çıxacaq. Argentina millisi yoldaşlıq görüşündə Beninlə üz-üzə gələcək. Oyun Buenos-Ayresdəki “Monumental Antonio Vespucio Liberti” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisində çıxış edir. O, yığmanın heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi, 2022-ci ildə isə Finalissima çempionu olub. Messi Argentina millisində 207 rəsmi oyun keçirib və bu matçlarda 125 qol vurub. 39 yaşlı futbolçu Argentina tarixində həm ən çox oyun keçirən, həm də ən çox qol vuran futbolçudur.
Yuxarı