Son model BMW ilə qırmızıda keçən sürücü təhlükə yaratdı VİDEO

12.12.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda qanunu saymayan sürücünün hərəkəti təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 27-də, paytaxtın Şeyx Şamil küçəsilə Lermontov küçəsinin kəsişməsində baş verib.

Belə ki, 77-AE-969 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü gəldiyi sürətlə qırmızı işıqda yolayrıcına daxil olub. Bu zaman yaşıl işıqda hərəkət edən avtomobillərin qarşısına çıxaraq onlara təhlükəli vəziyyət yaradıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью