Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yüngül çəki dərəcəsində çıxış edən keçmiş UFC çempionu Şon O’Melli çempion Pyotr Yanla döyüşmək istədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, amerikalı döyüşçü bu bəyanatı Las-Veqasda keçirilən UFC 324 turnirində çinli Sonq Yadonq üzərində qələbədən dərhal sonra səsləndirib. O’Melli bildirib ki, Pyotr Yanın sahib olduğu kəmər onun əsas hədəfidir.
“Pyotr Yanda mənə çatacaq bir şeyi var. Meraba hörmətim var, əgər növbəti titul döyüşünü o alacaqsa, buna layiqdir. Amma Pyotr Yan, sən revanş istəyirsənsə, mən də bu kəməri istəyirəm. Merabla işini bitir, sonra növbə bizə çatacaq”, - deyə O’Melli vurğulayıb.
Qeyd edək ki, yanvarın 24-dən 25-nə keçən gecə Las-Veqasda UFC 324 turnirinin ikinci əsas döyüşündə Şon O’Melli yüngül çəki dərəcəsində reytinqdə beşinci pillədə qərarlaşan Sonq Yadonqu hakimlərin yekdil qərarı ilə məğlub edib. Bu qələbə ilə amerikalı idmançı iki döyüşlük məğlubiyyət seriyasına son qoyub və titul ambisiyalarını yenidən gündəmə gətirib.