Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə ölkə çempionatının əvəzedicilər liqasında maraqlı hadisələr baş verir.
Belə ki, uzun müddət turnir cədvəlinə başçılıq edən “Neftçi-2” son 7 oyunun yalnız ikisində qələbə qazanıb.
Gənc “ağ-qaralar” 30-cu turda autsayderlərdən “Zirə” önündə darmadağın oldu – 0:3.
Hələ də lider olan “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayevdən belə kəskin enişin səbəbini soruşduq: “Son oyunlarda komandamı tanıya bilmirəm.
Hər dəfə futbolçularıma deyirəm ki, rəqiblərimiz bizimlə sona qədər mübarizə aparacaq. Bunu ötən tur Şamaxıda da gördük.
“Zirə” ilə matçın ilk yarısı üstünlüyümüz şəraitində keçdi. İkinci hissənin ilk 10 dəqiqəsində qol vəziyyətlərini dəyərləndirə bilmədik.
Sonda rəqib müdafiəçimizin səhvindən istifadə edib fərqlənməyi bacardı. Deyərdim ki, qoldan sonra oyun qırıldı.