Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Mərakeş Kral Futbol Federasiyası arbitrlərdən biri ilə Seneqal Futbol Federasiyasının rəsmiləri arasında baş verdiyi iddia olunan əlaqə ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət ünvanlayıb. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mərakeş tərəfi 2025-ci il Afrika Millətlər Kubokunun qalibi ilə mübahisəyə baxan üç arbitrdən biri – almaniyalı hüquqşünas Ulrix Haasın noyabrın 22-də Seneqal Futbol Federasiyasının prezidenti Abdullaye Fall ilə telefonla danışdığı iddia edir.
Mərakeşlilərin fikrincə, məhkəmə prosesindən kənarda baş verən belə bir təmas İdman Arbitraj Məhkəməsinin (CAS) arbitrlərinin müstəqilliyi və qərəzsizliyi ilə bağlı tələbləri poza bilər. Federasiya məhkəmənin qərarına etiraz etmək hüququnu özündə saxlayıb.
CAS mübahisə ilə bağlı qərarını bu gün açıqlayacaq. Yanvarın 18-də keçirilən Afrika Millətlər Kubokunun finalında Seneqal Mərakeşi 1:0 hesabı ilə məğlub edib. Oyunun əsas vaxtının son dəqiqələrində Seneqal futbolçuları, təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk edib. Oyun bərpa olunduqdan sonra Brahim Diaz penaltini qola çevirə bilməyib, əlavə vaxtda isə Pape Qeye qələbə qolunu vurub.
Qeyd edək ki, martın 17-də Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqala texniki məğlubiyyət (0:3) verərək, çempionluq titulunu Mərakeşə təqdim etsə də, Seneqal Federasiyası bu qərardan CAS-a şikayət verib.