Son səkkiz ayda hansı məhsullar bahalaşıb? RƏSMİ RƏQƏMLƏR

10.09.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunub ki, bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6.9 faiz, qeyri-qida məhsulları üzrə 3.7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5.6 faiz yüksəlib.

"Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0.2 faiz artıb. 2026-cı ilin avqustunda qiymətlər ötən ilin eyni ayı ilə müqayisədə isə 5.7 faiz bahalaşıb", - deyə məlumatda vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью