Son sutkada qarlı hava şəraitinə görə 90 nəfər müraciət edib

25.02.2025

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar fevralın 24-dən bu saatadək 90 nəfər müraciət edib.

AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib:

"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub". 

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 21-dən bu günədək Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən 300 nəfər müraciət edib. Onlardan 30-a yaxın şəxsə cərrahi müalicə tətbiq olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью