Son sutkada Rusiyanın 1500 canlı itkisi var Ukrayna AÇIQLADI

21.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Rusiya-Ukrayna müharibəsi tərəflərin bir-birinə şiddətli hücumları fonunda davam edir.

Bakupost.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının məlumatına görə, son sutka ərzində Rusiya tərəfinin 1510-a yaxın hərbçisi məhv edilib.

“Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri düşmənin ümumi döyüş itkiləri artıq təxminən 727 250 nəfər təşkil edir”, - məlumatda deyilir.

Son sutkada Ukraynanın müdafiə qüvvələrinin Rusiyaya məxsus 8 tank və 24 zirehli döyüş maşınını sıradan çıxardığı da qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью