Son Tottenhem dən ayrıldığını açıqladı: Fənərbaxça da maraqlanmışdı

03.08.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin “Tottenhem” klubunun kapitanı, Cənubi Koreyalı ulduz futbolçu Heungmin Son, bu yay komandadan ayrılacağını rəsmi olaraq açıqlayıb.

Sherg.az xəbər verir ki, Son, Cənubi Koreyada “Nyukasl” ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil etdiyi mətbuat konfransında ayrılıq qərarını açıqlayıb və göz yaşlarını saxlaya bilməyib.

Bir vaxtlar "Fənərbaxça" da onu transfer etmək istəsə də, Sonun ABŞ-a getmək istədiyi bildirilir. "Sky Sports"a görə, "Los Angeles FC" onu heyətinə qatmaq niyyətindədir.

Son, “Tottenhem”de keçirdiyi 454 oyunda 173 qol və 101 asistlə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью