Son üç gündə Şimal bölgəsində 39 yol nəqliyyat hadisəsi baş verib

26.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son günlər ölkə ərazisində havanın əlverişsiz keçməsi yollarda qəzalara səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov “Bizim.Media”ya son üç gündə Şimal bölgəsində baş verən yol qəzalarından danışıb.

Onun sözlərinə görə, qarlı hava şəraiti ilə bağlı son üç gün ərzində Xaçmaz rayonunda 7 qəza olub 7 avtomobilə maddi ziyan dəyib:

“Quba rayonunda isə baş verən 20 qəzada 32 avtomobilə maddi ziyan dəyib. Qusarda isə 12 qəzada 24 avtomobil maddi ziyan çəkib”.

X.Talıbov qeyd edib ki, xoşbəxtlikdən, qeydə alınan hadisələrdə ölən və yaralanan olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью