Son vaxtlar dini dəyərləri gözdən salmağa çalışanların sayı artmaqdadır Deputat | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Dini abidələrlə yanaşı ölkədə dini durumla bağlı dinləmənin keçirilməsinə ehtiyac var.
Təəssüflə qeyd etmək lazımdır ki, son illər ölkəmizdə qeyri-ənənəvi dini təriqətlərin üzvlərinin sayında artım davam edir.
Bu gün Azərbaycanın dini coğrafiyasında ciddi dəyişikliklər baş verir. Bu bizə gələcəkdə ciddi problemlər yarada bilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat təəssüflə qeyd edib ki, son vaxtlar ənənəvi dini dəyərləri gözdən salmağa çalışanların, dində yeniliklər etmək istəyənlərin sayı artmaqdadır: "Onu da təəssüflə qeyd etmək lazımdır ki, bunu edənlər bu əməlləri ilə guya mövhumat və xurafatla mübarizə aparırlar görüntüsü yartamağa çalıırlar.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Dinimizn xalqımızın milli sərvətidir”.
Eyni zamanda, bu gün Qarabağda cənab Prezidentin rəhbərliyi ilə tarixi dini abidələr bərpa olunur, yeni ibadət yerləri inşa olunur.
Tam oxu
Xəbəri oxu