SON XƏBƏR: ABŞ hərbi bazasını PKK ya verib Suriyada çıxdı

03.06.2025

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb və Suriyada hərbi mövcudluğunu azaltmaq çərçivəsində daha bir hərbi bazanı kürdlərin - PKK-nın Suriya qolu olan YPG/PYD-nin nəzarətinə verib.

Bu barədə Pentaqon nümayəndəsi Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına bildirib.

ABŞ komandanlığı bir neçə həftə ərzində Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb.

“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, digəri isə Suriya Demokratik Qüvvələrinə verilib”, - ABŞ rəsmisi bildirib.

Telekanalın məlumatına görə, kürd qüvvələri Mission Support Site Euphrates hərbi bazasına nəzarət edəcək. İmtina edilən ABŞ bazaları arasında Mission Support Site Green Village-in adı olsa da, digərinin adı açıqlanmayıb.

2015-2018-ci illərdə kürdlərin nəzarətində olan Suriya ərazisində doqquz ABŞ hərbi bazası yaradılıb. Bu ilin aprel ayında Pentaqon ABŞ Komandanlığının Suriyadakı kontingentini ixtisar edəcəyini və ölkə ərazisində 1000-dən az hərbçinin qalacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью