SON XƏBƏR: Bəşər Əsəd ordusu Hama şəhərini də itirdi

06.12.2024

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Suriya ordusu Hama şəhərinə nəzarəti itirdiklərini etiraf edib.

Suriya ordusu 2011-ci ildən bəri ilk dəfə olaraq strateji əhəmiyyətli Hama şəhərinə nəzarəti itirdiklərini açıqlayıb.

“Son bir neçə saat ərzində hərbçilərimizlə müxalifətçilər arasında toqquşmalar intensivləşib və bu dəstələr şəhərdə bəzi maneələri aşaraq şəhərə daxil olublar”, - Suriya Ordusunun bəyanatında bildirilib.

Hamadakı hərbi hissələrin şəhərin kənarına yerləşdirildiyi qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью