SON XƏBƏR: Əvəz Zeynallının qaraciyərinə xərçəng yayılıb

13.04.2025

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.

O, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.

Məlahət Zeynallının sözlərinə görə, “Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:

“Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qaraciyərinə yayılıb: “Bu günlərdə “ximiya”ya başlayacaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью