Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Kore lideri Kim Çen Inın beyin qanaması keçirərək komaya düşdüyü və müalicə üçün təcili Pekinə aparıldığı barədə iddialar yayılıb. Lakin bu məlumatların doğru olmadığına işarə edən yeni görüntülər dərc edilib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın “The Sun” nəşri oktyabrın 19-da sosial şəbəkələrdə yayılan iddialar əsasında Kim Çen Inın səhhəti ilə bağlı məlumat yayıb.
İddialara görə, Şimali Koreya lideri beyin qanaması keçirib və Pxenyandakı tibbi imkanların yetərsizliyi səbəbindən Pekindəki Pekin Birləşmiş Tibb Kollecinin xəstəxanasına aparılıb. Ancaq onun xəstəxanaya yerləşdirildiyini və ya komada olduğunu təsdiqləyən hər hansı etibarlı sübut təqdim edilməyib. Toyuqlu pizza
Oktyabrın 20-də isə Şimali Koreyanın dövlət mediası Kim Çen Inın oktyabrın 19-da geyim və ayaqqabı sərgisində iştirak etdiyini əks etdirən fotolar yayıb. Görüntülərdə onun həyat yoldaşı Li Sol Çju və qızı Kim Çju E ilə birlikdə sərgini gəzdiyi görünür.
Cənubi Koreya mediasının məlumatına görə, yayılan şayiələrin ilkin mənbələrindən biri ABŞ-da fəaliyyət göstərən çinli dissidentin sosial şəbəkə paylaşımı olub. Həmin paylaşımda Kim Çen Inın vəziyyətinin ağırlaşdığı və hətta öldüyü iddia edilsə də, bu məlumatları təsdiqləyən obyektiv sübutlar ortaya qoyulmayıb.
Şimali Koreya liderinin səhhəti ilə bağlı şayiələr ilk dəfə deyil yayılır. 2020-ci ildə də onun uzun müddət ictimaiyyət qarşısına çıxmaması ölüm və ağır xəstəlik iddialarına səbəb olmuşdu. Lakin sonradan o, yenidən ictimai tədbirlərdə görünmüşdü.
Qeyd edək ki, Kim Çen Inın səhhəti ilə bağlı hazırkı iddialar da rəsmi mənbələr və müstəqil sübutlarla təsdiqlənməyib.