SON XƏBƏR: Mərkəzi Bankın baş direktoru İSTEFA VERDİ

29.08.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.

Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.

Qeyd edək ki, Vüqar Əhmədov 2009-cü ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.

APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью