Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub.
Turkustan.az xəbər verir ki, bu barədə TDT-nin saytında məlumat verilib.
TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.
Qeyd edək ki, TDT dövlət başçılarının 12-ci Zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək.