Son Xin Min Cənubi Koreya futbolunun tarixinə düşdü

22.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Tottenhem"in hücumçusu və kapitanı Son Xin Min klub karyerasının qitəmiqyaslı turnirlərdə ilk titulunu qazanmaqla adını Cənubi Koreya futbolunun tarixinə yazdırıb. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb:

"Son, avrokuboklarda oynayan bir klubun kapitanı və oyunçusu kimi ilk titul qazanan ilk cənubi Koreyalı oldun. Biz tarix yaradırıq".

Qeyd edək ki, Avropa Liqasının 2024/2025 mövsümünün həlledici matçında "Tottenhem" "Mançester Yunayted"i minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu uelsli Brennan Conson vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью