Son Xın Min icarəyə gedəcəyi barədə xəbərə münasibət bildirib

13.11.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda ABŞ-nin “Los-Anceles” klubunda çıxış edən hücumçu Son Xın Min haqqında yayılan qış transfer pəncərəsində Avropa klubuna icarəyə gedəcəyi iddialarına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, futbolçu bu xəbərləri qəti şəkildə təkzib edib.

“Bu qış “Los-Anceles”i tərk etməyəcəyəm və ümumiyyətlə burada olduğum müddətdə icarəyə də getməyəcəyəm. Bu kluba dərin hörmət edirəm. Bu emblemi daşıdığım müddətcə heç bir icarə və ya transfer olmayacaq. Heç vaxt”, - deyə hücumçu bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью