Son yarımfinalçılar “Arsenal” və “İnter” oldu Çempionlar Liqası

17.04.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

"İnter" Almaniyada 2:1 hesabı ilə qalib gəldiyi "Bavariya"nı bu dəfə İtaliyada qəbul edib. 2:2 hesablı heç-heçə Milan təmsilçisini növbəti mərhələyə yüksəldib. "İnter" bu raundda İspaniya "Barselona"sına rəqib olub.

Digər matçda isə İngiltərə "Arsenal"ı İspaniyada "Real Madrid"lə qarşılaşıb. Londondakı ilk oyunda rəqibini 3 cavabsız qolla məğlub edən "topçular" səfərdə də qələbə qazanıblar - 2:1. "Arsenal" yarımfinalda Fransanın PSJ komandası ilə üz-üzə gələcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью