Son yeddi ayda 83 uşaq övladlığa verilib

25.08.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda 2026-cı ilin 7 ayı ərzində 83 uşaq övladlığa verilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, övladlığa verilən uşaqların 41-i qız, 42-si oğlandır. "Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi, eləcə də onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir: "İnstitusional qayğıdan ailəəsaslı qayğıya keçidin təşviqi, uşaqların fərdi ehtiyaclarının nəzərə alınması və davamlı sosial dəstək mexanizmlərinin tətbiqi prioritet istiqamətlərdəndir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsistemi vasitəsilə müvafiq kateqoriyadan olan uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində iş aparılır",- deyə məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью