Son Zəng in dəqiq tarixi məlum oldu

20.05.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır.

Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkili məzmunlu ifadələr işlədilməməlidir.

Təlimata əsasən "Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir. Həmçinin tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью