Son zəng lə bağlı məktəblərə protokollar göndərildi

13.05.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib, kənara çıxmaq olmaz.

News24.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov hər kəsi tələblərə əməl etməyə çağırıb:

"Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz. "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yükü yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir".

Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru "Son zəng"lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səs yazısına görə ötən gün vəzifəsindən azad edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью