Icma.az, Konkret.az portalına istinadən məlumat verir. Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbir
KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması g
Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.
Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır.
Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir.
Azərbaycan xalq mahnıları və milli rəqslərimiz tədbir proqramına mütləq daxil edilməlidir.
Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə üstünlük verilməlidir.
Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir.