Sona Ağayevanın reytinqi yüksəldi

13.08.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın bocciaçısı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib.

Bu barədə Bakıvaxtı.az-a Milli Paralimpiya Komitəsindən bildirilib.

Son olaraq Misirin paytaxtı Qahirədə keçirilmiş Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanan S.Ağayeva bu nəticəyə əsasən 6,5 reytinq xalı əldə edib.

Bununla da xalını 38,2-yə çatdıran paralimpiyaçı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью