Sona altı tur qala | Icma.az
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir. Azərbaycan Premyer Liqasında mövsümün bitməsinə 6 tur qalıb.
“Qarabağ” 73 xalla turnir cədvəlinin birinci pilləsindədir. “Atlılar” ən yaxın izləyicisi “Zirə”ni 15 xal qabaqlayır.
“Qarabağ” növbəti matçda qalib gələcəyi halda, qızıl medalları təmin edəcək.
Avrokuboklara vəsiqəyə əsas namizədlər “Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz”dur.
“Zirə” demək olar, möcüzə olmazsa, liqanı “üçlük”də bitirəcək.
İndiki məqamda xal fərqlərini nəzərə alsaq, əsas mübarizə “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında olacaq.
Naxçıvan təmsilçisi rəqibini 5 xal qabaqlayır və tovuzlulardan bir addım irəlidədir. Digər mübarizə isə elitada qalmaq uğrundadır.
30-cu turda “Araz-Naxçıvan”dan bir xal qoparan “Kəpəz” autsayder “Səbail”dən 8 xal öndədir.
Tam oxu
Xəbəri oxu