Sona Əliyeva: Çimnazın xəstəliyi haqqında böyük bir şok yaşadıq VİDEO

16.01.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çimnaz Sultanovanın xəstəliyi haqqında hər birimiz böyük bir şok yaşadıq".
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri aktrisa Sona Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O, həmkarının xəstə olduğuna inana bilmədiyini söyləyib:
"O, heç kimin yanında harasınınsa ağrımağı barədə şikayətlənməyib. Çimnazı neçə illərdir tanıyıram. Allahın "başım ağrıyır" ifadəsini onun ağzından eşitməmişəm. İki gün bundan öncəki paylaşımın görmüsünüz. O görüntülərdən də xəstə insana oxşamırdı. Çimnaz xəstəliyi ilə bağlı heç kimlə danışmayıb".
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью