Sonata, pilləkənlərdən enən çılpaq Məşhur rəssamın 5 əsəri

28.07.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Marsel Düşan XX əsr plastik incəsənətində inqilabi dəyişikliklər etmiş fransız-amerikan rəssamı və heykəltaraşıdır. O, Pablo Pikasso və Anri Matiss ilə birgə müasir incəsənətə böyük təsir göstərib.

Rəssam 28 iyul 1887-ci ildə Yuxarı Normandiyada sənətkar ailəsində doğulub.

Düşan Ruan şəhərində təhsil alıb, riyaziyyat və rəsm fənlərindən mükafatlar qazanıb.

O, sənətdə ilk addımlarını böyük qardaşı Jak Viyonun istiqamətləndirməsi ilə atıb; ilk işləri İmpressionizm və Post-impressionizm üslubunda olub.

Sənətçi Julian Akademiyasında təhsil alsa da, dərslərdən çox karikatura çəkməyə və bilyard oynamağa maraq göstərib. Karikaturalarında söz oyunları və vizual qarşılaşdırmalardan istifadə edib.

O, hərbi xidmətdə olarkən tipoqrafiya və çap işlərini öyrənib. Daha sonra 1908-ci ildən etibarən əsərləri "Payız salonu" və "Müstəqil rəssamlar salonu"nda sərgilənməyə başlayıb.

Kulis.az “Palitra” rubrikasında boyakarın 5 əsərini təqdim edir.

“Şahmat”

“Qəhvə dəyirmanı”


“Sonata”


“Çevik çılpaqlarla əhatə olumuş kral və kraliça”


“Pilləkənlərdən enən çılpaq”

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı Yeni Ceyms Bond kim olacaq? - Kastinq direktoru "007"nin sirrini açdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью