Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı Dərmanlardan istifadə edibmiş

06.08.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Aktrisa Sonaxanım Əliyeva arıqlamaq üçün dərmanlardan istifadə etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə “Günorta efirdəyik” verilişində danışıb.

Aktrisa bildirib ki, insulin dirənci, şəkərə meyillilik, qaraciyər piylənməsi və yüksək xolesterin problemi yaşayıb. Onun sözlərinə görə, həkimin təyin etdiyi preparatlar iştahasını və şirniyyata olan istəyini azaldıb. Dördpendirli pizza

Sonaxanım Əliyeva arıqladıqdan sonra ünvanına yazılan tənqidi rəylərə də münasibət bildirib. O qeyd edib ki, kök olanda tənqid edildiyi kimi, arıqladıqdan sonra da mənfi şərhlərlə üzləşir.

Qeyd edək ki, aktrisa daha əvvəl 47 kiloqram çəki atdığını açıqlamışdı.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью