Sönməz “söndü”, Cokoviç 400 ə çatdı

01.02.2026

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlk iki mərhələni uğurla adlamaqla Türkiyənin tennis tarixinə düşən Zeynəb Sönməz, təəssüf ki, 1/16 finalda dayandı.

Düzdü, Zeynəb bu dəfə də müqavimətsiz təslim olmadı, oyunu 3-cü setə qədər daşıya bildi. Ona qalib gələn Yuliya Putintseva isə qələbəni qeyd edərkən təxribata əl atdı. Moskvada dünyaya gələn, 2012-ci ilə qədər Rusiyanın şərəfini qoruyan, ardından idman vətəndaşlığını dəyişən Yuliya qələbə xalından sonra barmağını qulağına apararaq emosional şəkildə qələbəni qeyd etməyə başladı. O, oyunboyu Zeynəbə fəal dəstək verən türkiyəli azarkeşlərdən belə qisas almaq fikrinə düşdü. Cavabında azarkeşlər xanım tennisçini fitə basdı. Ardından tribunaların fit sədası altında kortda rəqs etdi.
“Australian Open”in ən iddialı iştirakçılarından olan Novak Cokoviç 1/16 finalda Van de Zandshyulpu məğlub etməklə “Böyük dəbilqə” turnirlərində qələbə sayını 400-ə çatdırdı. Bu göstəricidə onun ən yaxın izləyicisi 369 qələbəsi olan Rocer Federerdi. “Top-5”ə həmçinin Serena Uilyams (367), Rafael Nadal (314) və Martina Navratilova (306) daxildi. 38 yaşlı serb ulduzun artıq 1/8 finalda Yakub Menşikə qalib gəldiyini də vurğulayaq.
Daha dəqiqi, çexiyalı tennisçi mübarizədən çəkildiyindən Cokoviç karyerasında 16-cı dəfə “Australian Open”də 1/4 finala yüksəldi. Bununla da serb tennisçi bu göstəricidə isveçrəli Rocer Federeri arxada qoydu. Federer karyerası ərzində 15 dəfə bu turnirin 1/4 finalında oynayıb.
Kişilər
1/16 final

Tin (ABŞ, 25) - Borjeş (Portuqaliya) 7:6 (11:9), 6:4, 6:2
Medvedev (Rusiya, 11) - Marojan (Macarıstan) 6:7 (5:7), 4:6, 7:5, 6:0, 6:3
Pol (ABŞ, 19) - Davidoviç Fokina (İspaniya, 14) 6:1, 6:1 imtina
Alkaras (İspaniya, 1) - Mute (Fransa, 32) 6:2, 6:4, 6:1
Çerundolo (Argentina, 18) - Rublev (Rusiya, 13) 6:3, 7:6 (7:4), 6:3
De Minaur (Avstraliya, 6) - Tiafo (ABŞ, 29) 6:3, 6:4, 7:5
Zverev (Almaniya, 3) - Norri (B.Britaniya, 26) 7:5, 4:6, 6:3, 6:1
Bublik (Qazaxıstan, 10) - Etçeverri (Argentina) 7:6 (7:4), 7:6 (7:5), 6:4
Darderi (İtaliya, 22) - Xaçanov (Rusiya, 15) 7:6 (7:5), 3:6, 6:3, 6:4
Muzetti (İtaliya, 5) - Mahaç (Çexiya) 5:7, 6:4, 6:2, 5:7, 6:2
Sinner (İtaliya, 2) - Spitsirri (ABŞ) 4:6, 6:3, 6:4, 6:4
Şelton (ABŞ, 8) - Vaşero (Fransa, 30) 6:4, 6:4, 7:6 (7:5)
Frits (ABŞ, 9) - Vavrinka (İsveçrə) 7:6 (7:5), 2:6, 6:4, 6:4
Menşik (Çexiya, 16) - Kuinn (ABŞ) 6:2, 7:6 (7:5), 7:6 (7:5)
Cokoviç (Serbiya, 4) - Van de Zandshyulp (Niderland) 6:3, 6:4, 7:6 (7:4)
Ruud (Norveç, 12) - Çiliç (Xorvatiya) 6:4, 6:4, 3:6, 7:5
1/8 final
Alkaras (İspaniya, 1) - Pol (ABŞ, 19) 7:6 (8:6), 6:4, 7:5
Tin (ABŞ, 25) - Medvedev (Rusiya, 11) 6:4, 6:0, 6:3
Zverev (Almaniya, 3) - Çerundolo (Argentina, 18) 6:2, 6:4, 6:4
De Minaur (Avstraliya, 6) - Bublik (Qazaxıstan, 10) 6:4, 6:1, 6:1
Cokoviç (Serbiya, 4) - Menşik (Çexiya, 16) imtina
Şelton (ABŞ, 8) - Ruud (Norveç, 12) 3:6, 6:4, 6:3, 6:4
Sinner (İtaliya, 2) - Darderi (İtaliya, 22) 6:1, 6:3, 7:6 (7:2)
Muzetti (İtaliya, 5) - Frits (ABŞ, 9) 6:2, 7:5, 6:4
Qadınlar
1/16 final

Mboko (Kanada, 17) - Tauson (Danimarka, 14) 7:6 (7:5), 5:7, 6:3
Sobolenko (Belarus, 1) - Potapova (Avstriya) 7:6 (7:4), 7:6 (9:7)
Putintseva (Qazaxıstan) - Sönməz (Türkiyə) 6:3, 6:7 (3:7), 6:3
Qauff (ABŞ, 3) – Baptist (ABŞ) 3:6, 6:0, 6:3
Muxova (Çexiya, 19) - Linett (Polşa) 6:1, 6:1
Yoviç (ABŞ, 29) - Paolini (İtaliya, 7) 6:2, 7:6 (7:3)
Svitolina (Ukrayna, 12) – Şnayder (Rusiya, 23) 7:6 (7:4), 6:3
M.Andreyeva (Rusiya, 8) - Ruse (Rumıniya) 6:3, 6:4
Kiz (ABŞ, 9) - Kar.Plişkova (Çexiya) 6:3, 6:3
Pequla (ABŞ, 6) - Selehmetova (Rusiya) 6:3, 6:2
Mertens (Belçika, 21) – Bartunkova (Çexiya) 6:0, 6:4
Anisimova (ABŞ, 4) - Stirns (ABŞ) 6:1, 6:4
Van Sinyuy (Çin) - Noskova (Çexiya, 13) 7:5, 6:4
Sventek (Polşa, 2) - Kalinskaya (Rusiya, 31) 6:1, 1:6, 6:1
Rıbakina (Qazaxıstan, 5) - Valentova (Çexiya) 6:2, 6:3
İnqlis (Avstraliya) – Osaka (Yaponiya, 16) 0:0 imtina
1/8 final
Sobolenko (Belarus, 1) - Mboko (Kanada, 17) 6:1, 7:6 (7:1)
Yoviç (ABŞ, 29) - Putintseva (Qazaxıstan) 6:0, 6:1
Qauff (ABŞ, 3) - Muxova (Çexiya, 19) 6:1, 3:6, 6:3
Svitolina (Ukrayna, 12) - M.Andreyeva (Rusiya, 8) 6:2, 6:4
Pequla (ABŞ, 6) – Kiz (ABŞ, 9) 6:3, 6:4
Sventek (Polşa, 2) - İnqlis (Avstraliya) 6:0, 6:3
Anisimova (ABŞ, 4) - Van Sinyuy (Çin) 7:6 (7:4), 6:4
Rıbakina (Qazaxıstan, 5) - Mertens (Belçika, 21) 6:1, 6:3

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью