Sonra da deyirsiniz, Moskvanın kolbasasından yoxdur, baxın! VİDEO

15.10.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan kolbasa görüntüləri insanlar arasında narahatlıq yaradıb.

Ölkə.Az xəbər verir ki, yayılan görüntülərdə Azərbaycan dilində danışan şəxs görüntülərin Moskvada çəkildiyini iddia edib:

“Moskvanın kolbasasını bəyənənlər, bəh-bəhlə yeyənlər, baxın, hamısı kolbasa zavoduna gedir. Sonra da deyirsiniz, Moskvanın kolbasasından yoxdur. Sür-sümükdən kolbasa düzəldirlər”.

Sözügedən videoda karton qutularda natəmiz şəraitdə saxlanılan və əsasən sümükdən ibarət olan ət hissələri yer alıb.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью