“Sonrakı hədəf premyer liqadı” “Şəfa”nın baş məşqçisi

12.04.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birinci liqanın 20-ci turunda “Füzuli”ni 5:0 hesabıyla məğlub edən “Şəfa” da 1-ci liqaya vəsiqəni təmin etdi.

Bəs paytaxt klunun sonrakı hədəfi nə olacaq? “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin “Football-plus.az”a açıqalaması:

“İlk məqsədimiz 1-ci liqaya vəsiqə qazanmaq idi. Bunu bacardığımıza görə sevincliyik. “Şəfa”sevərləri təbrik edirəm. Futbolçularıma, azarkeşlərə təşəkkürümü bildirirəm. Çempionat hələ bitməyib. Çempion olub mövsümü əla notda bitirmək istəyirik. Sonrakı hədəfimiz premyer-liqaya yüksəlmək olacaq”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью