Sonsuzluq klinikasında inanılmaz səhv: qadın başqasının uşağını doğub

27.01.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Florida ştatında maraqlı hadisə baş verib. Bir ər-arvad dünyaya gətirdikləri qız uşağının onların bioloji övladı olmadığını aşkar etdikdən sonra sonsuzluq klinikasına qarşı iddia qaldırıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın 2025-ci ilin dekabr ayında görünüşü valideynlərindən xeyli fərqli olan bir uşaq dünyaya gətirib. DNT testi cütlüyün və körpənin genetik qohumluq əlaqəsi olmadığını təsdiqləyib.

Cütlük embrion köçürülməsi zamanı səhvə yol verildiyi qənaətinə gəlib və klinikaya qarşı iddia qaldırıb.
Valideynlər bildiriblər ki, onların embrionları səhvən klinikadakı digər xəstələrə köçürülmüş ola bilər.

Cütlük embrionları klinikada saxlanılan bütün müştərilərə məlumat verilməsini və son beş il ərzində pulsuz genetik testlərin təmin edilməsini tələb edir. Onlar həmçinin yeni doğulan uşağn bioloji valideynlərini tapmaq niyyətindədirlər.
Klinika isə hadisənin səbəbini müəyyən etmək üçün istintaqla əməkdaşlıq etdiklərini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью