Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər

27.04.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər

Aprelin 30-da Misli Premyer Liqasında 21-ci turdan təxirə salınan oyun keçiriləcək. "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edəcək.

QOL.az xəbər verir ki, "Palms Sports Arena"da təşkil olunacaq matç saat 20:00-da başlanacaq. Bu, “Neftçi” və “Qarabağ”ın 2025-26 mövsümündə üçüncü qarşılaşması olacaq.

PFL-in açıqladığı statistikaya əsasən, “Neftçi” ilə “Qarabağ” arasında 1992-ci ildən bəri 101 oyun keçirilib. Bu oyunlardan 23-də Bakı, 47-də Ağdam təmsilçisi qalib gəlib, 31 oyun heç-heçə nəticələnib. Top fərqi 85-147 "Qarabağ"ın xeyrinədir.

“Neftçi” 18 oyundur "Qarabağ"a qalib gələ bilmir. “Qarabağ” isə ardıcıl 11 matçda "Neftçi" üzərində qələbə qazanıb.   

Qeyd edək ki, "Neftçi" son dəfə "Qarabağ"ı 2021-ci ilin mayın 19-da məğlub edib (1:0).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью