Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qəzza zolağında saxlanılan sonuncu israilli girov, mayor C.Ran Qvilinin cəsədinin kimliyi müəyyən edilərək dəfn olunmaq üçün İsrailə qaytarılıb.
“Qafqazinfo xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
“ İsrail Müdafiə Qüvvələrinin rəsmiləri Ran Qvilinin ailəsinə onun şəxsiyyətinin müəyyən edildiyi və dəfn olunmaq üçün geri qaytarılacağı barədə məlumat veriblər”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, İsrail polisinin xüsusi təyinatlı dəstəsində xidmət edən 24 yaşlı mayor Ran Qvili 2023-cü il oktyabrın 7-də 24 yaşında döyüş zamanı öldürülüb. Onun cəsədi qaçırılaraq Qəzza zolağında saxlanılıb.