Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisində keçirəcəyi vida matçında geyinəcəyi formanı təqdim edib.
Futbolpress.az xəbər verir ki, kapitan bununla bağlı sosial şəbəkə hesabında paylaşımında bildirib. O, postunda bunları yazıb:
“Sonuncu oyun… Ömürlük forma” sözlərini yazıb”.
Messi 2005-ci ildə yığmada debüt edib. O, milli formada 207 oyunda 125 qol vurub.
Argentinalının son matçı oktyabrın 6-da Beninə qarşı olacaq. Tərəflər Buenos-Ayresdə yoldaşlıq oyununda üz-üzə gələcək.
Messi milli komanda ilə 2022-ci ildə dünya çempionu adını qazanıb. O, iki dəfə Amerika Kuboku, bir dəfə Finalissimanın qalibi olub.