“Sonuncu oyunda xəstə idim, ona görə...” Cəlal Hüseynov “Arda”dan gedir?

10.11.2024

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Cəlal Hüseynovun formasını geydiyi “Arda” Bolqarıstan çempionatının 15-ci turunda “Botev” qəbul edib. Matç “Arda”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin Cəlal bu oyunda nə meydana çıxıb, nə də adı iştirak ərizəsinə salınıb.

14-cü turda – “Lokomotiv”lə səfər oyununda da şans qazanmamışdı. Odu ki, Aleksandr Tunçevin etimad göstərmədiyi həmyerlimizin qışda “Arda”dan ayrılacağı ilə bağlı söz-söhbət yaranması təbiidi.
Bəs Cəlal niyə meydanda əvvəlki qədər görünmür? Onun “Football-plus.az”a açıqlaması:

“Klubdan ayrılacağım haqda yazılır görməmişəm. Açığı, medianı o qədər də izləmirəm. “Arda”dan ayrılmamışam, burdayam. Sonuncu oyunda xəstə idim, ona görə iştirak ərizəsində adım yox idi”.


RÖYANƏ OĞUZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью