Sorğu göstərdi ki, Kanada miqrantı qəbul etməyə hazır deyil KONKRET | Icma.az
Icma.az, Konkret.az saytına istinadən bildirir. Kanadaya yeni gələn 5 immiqrantdan dördü hesab edir ki, ölkə bu qədər sayda miqrantı qəbul e
Ona görə də onların 40%-dən çoxu ölkəni tərk etmək istəyir.
KONKRET.az xəbər verir ki, bu, “SBC Pollara Strategic Insights”sosioloji mərkəzinin araşdırmalarından sonra bəlli olub.
Belə ki, respondentlərin 80%-i birbaşa bildirib ki, Kanada hakimiyyəti bu qədər yeni gələn insanların yerləşdirilməsi üçün mənzil, lazımi infrastruktur və lazımi sayda iş yerləri hazırlamayıb.
Respondentlərin 14%-dən çoxu hələ də iş tapa bilmədiyi qənaətindədir. Bu rəqəm ölkə üzrə orta işsizlik səviyyəsindən iki dəfə çoxdur.
Bu problemlərə görə sorğu iştirakçılarının 42%-i Kanadanı tərk etməyə və başqa ölkələrdə daha yaxşı həyat axtarmağa hazır olduqlarını bildiriblər.
Sorğu 2024-cü ilin noyabrında keçirilib və Kanadaya yeni gələn 1500-dən çox immiqrantı əhatə edib.
Qeyd olunur ki, 2014-cü ildən bəri ölkəyə immiqrant vizası ilə 5 milyondan çox insan gəlib.
Tam oxu
Xəbəri oxu