Sorğu: Netanyahunun bloku geriləyir, rəqibləri irəlidədir

23.10.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İsrail oktyabrın 27-də keçiriləcək parlament seçkilərinə hazırlaşır.

Turkustan.az xəbər verir ki, “Maariv” qəzetinin keçirdiyi ictimai rəy sorğusuna əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun parlamentdəki yerlərinin sayı daha üç vahid azalaraq 48-ə düşə bilər.

Sorğunun nəticələrinə görə, Netanyahu əleyhinə olan blokun 120 yerlik Knessetdə 54 mandat qazanacağı proqnozlaşdırılır.

Bu nəticələrə əsasən, heç bir blok hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edə bilmir. Beləliklə, seçkilərdən sonra koalisiya hökumətinin formalaşdırılması ilə bağlı qeyri-müəyyənliyin davam edəcəyi ehtimal olunur.

Netanyahu blokunun mandatlarının azalması Ofer Vinterin rəhbərlik etdiyi Xalq Partiyasının seçki baryerini keçə bilməməsi ilə əlaqələndirilir.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью