Sorğu: Ukrayna əhalisi Zelenski və Zalujnıya daha çox etimad göstərir

09.07.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyev, 9 iyul, AZƏRTAC

Aparılan sorğunun bu ilin iyuluna olan nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ukraynalılar arasında ən yüksək etimadını qoruyur. Respondentlərin 73 faizi ona etibar edir, 18 faizi isə güvənmir.

AZƏRTAC bu barədə “Reytinq” Sosioloji Qrupunun sorğu məlumatlarına istinadla xəbər verir.

Sosioloqların fikrincə, V. Zalujnıya ən yüksək etimad ötən il, 2024-cü ilin fevralında istefaya getməzdən əvvəl və ondan dərhal sonra olub. Sonra onun reytinqi 90 faizə çatıb.

Ukrayna Prezidenti Volodimir Zelenski 67 faiz reytinqlə ikinci yerdədir. Ukraynalıların 29 faizi isə ona etimad göstərmir.

V.Zalujnının istefasından sonra V.Zelenskinin reytinqi 68 faizdən 57 faizə düşüb. Bu ilin əvvəlində ABŞ-la münasibətlərin korlanmasından sonra ona güvən artıb və mart ayından stabil qalıb.

Üçüncü yerdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov (56 faiz) qərarlaşıb. Respondentlərin 22 faizi isə ona etimad göstərmir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью