Sörlot Azərbaycana məğlub olduqları matçı xatırlamır ə ETİRAF

01.07.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Həmin matçı xatırlamıram. Amma bu, o vaxtdan bəri necə böyük irəliləyiş əldə etdiyimiz və indi çox, çox yaxşı bir komanda olduğumuz barədə çox şey deyir”.

Bu sözləri Norveç millisinin futbolçusu Aleksandr Sörlot İdman.Biz-in 10 il əvvəl millimizin qələbəsi (1:0) ilə qurtarmış Azərbaycan-Norveç matçını xatırlayıb-xatırlamadığı barədə suala cavab verərkən deyib.

Sözügedən matç DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib.

Norveç millisi DÇ-2026-nın 1/16 finalında Kot-d’İvuarı 2:1 hesabı ilə məğlub edib və 1/8 finalda Braziliya ilə qarşılaşacaq.

Leyla Eminova

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью