Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Aygün Kazımovanın “S.O.S” hitinin səsi bu dəfə Almaniyadan gəlib.
Axşam.az xəbər verir ki, alman kanallarından birində yayımlanan “My Style Rocks” moda proqramında “S.O.S” səsləndirilib. İki iştirakçı geyimlərini bu hitlə göstərib və rəqs ediblər.
Qeyd edək ki, sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Pop kraliça ekran işində “Vogue” rəqs tərzinə müraciət edən ilk azərbaycanlı ulduzdur. Klip yutubda 50 milyon baxış sayını keçib.