Icma.az, Lent az portalına istinadən məlumat verir. Son günlər uşaqlar və yeniyetmələr arasında yüksək hərarət, qusma, halsızlıqla müşahidə
Hətta bəzən hərarət qıcolmaya da səbəb olur. Bəs görəsən, yayılmış xəstəlik nədir? Onu COVID-lə əlaqələndirmək olarmı?
Pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, bu şikayətlərlə daxil olanlar arasında COVID testi pozitiv çıxan xəstələr var: “Yüksək hərahət fonunda qusma, halsızlıq, ishal kimi şikayətlərlə müraciət edənlərin sayı çoxalıb.
Həmin xəstələrin yarısında COVID testi pozitif olanlar var. Digərlərində isə mədə-bağırsağın virusu infeksiyası ilə rastlaşırıq.
Bu isə yay mövsümü ilə əlaqədardır. Havalar isindiyi üçün mədə-bağırsaq, eləcə də virus infeksiyalarının aktivləşdiyi dövrüdür.
Hər il bu mövsümdə bu kimi hallarla rastlaşırıq. 6 yaşa qədər uşaqlarda 37 dərəcə hərarətdə belə, qıcolmalar olur.
Bu, hərarətin yüksəlməsi ilə hər fəsildə yarana bilir”. Şəlalə Poluxova xəstəlikdən qorunmağın yollarından da bəhs edib: “Xəstəlikdən qorunm
Bunlarla yanaşı sağlam qidalara üstünlük vermək, günəş şüasında və təbiətdə vaxt keçirmək də xəstəliklərin minimuma enməsinə kömək edir.