SOS mühafizə xidməti Zəfər bayramını şəhid ailələri ilə birlikdə qeyd edib FOTOLAR+VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

10.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər.

"AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir.

Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm Əliyevin qardaşı Əsgər Əliyev də iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub.

Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.

"AzPolitika.info"















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью