Icma.az, Avtosfer saytına istinadən bildirir. Hər gün sürücülərin səkiləri işğal etməsi ilə bağlı saytımızda xəbərlər dərc olunur.
Sürücülər qaydaları pozduqlarını bildikləri halda bu davranışı hər dəfə təkrarlayırlar. Sanki cərimələnməkdən zövq alırlarmış kimi.
Hətta bəzən bir sürücünün bənzər əməlləri ayrı-ayrı vaxtlarda törətməyi ilə bağlı məlumatlar da vermişik.
Yenə də sürücülərin qanuna münasibəti dəyişmir. Avtosfer.az xəbər verir ki, paytaxtın Səbail rayonunda sürücülər hər gün avtomobillərini sək
Bununla əlaqədar ərazidə yaşayan sakinlər redaksiyamıza gün ərzində müşahidə etdikləri mənzərənin videosunu göndəriblər.
Belə ki, Badamdar şosesi 156 ünvanındakı obyektin qarşısındakı səki 90-UJ-058 qeydiyyat nişanlı “BMW” markalı, 10-EA-220 və 99-FA-404 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillıərin sürücüləri tərəfindən zəbt edilir.
Sakinlər deyir ki, videoda avtomobillər bir sırada səkidə saxlasalar da, günorta saatlarında bu səki ilə ümumiyyətlə hərəkət etmək mümkün olmur.
Avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkar da obyektinin qarşısında başqa avtomobillər saxlamasın deyə səkidə dəmir maneələr yerləşdirib.