Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Tibb elmləri doktoru Olqa Tkasyeva bildirib ki, güclü sosial əlaqələr insan ömrünü uzada bilər.
Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.
Mütəxəssisin sözlərinə görə, xroniki tənhalıq idrak pozğunluğu, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini artırır. O qeyd edib ki, ünsiyyət insanın özünü faydalı hiss etməsinə, dəstək almasına və stressi azaltmasına kömək edir.
Həkim əlavə edib ki, dostlarla gəzinti, idman və gündəlik söhbətlər sağlam vərdişlərin formalaşmasına müsbət təsir göstərir. Hətta tanımadığınız insanlarla ünsiyyət belə beynin fəaliyyəti üçün faydalıdır.
Tkasyeva bildirib ki, sağlamlıq üçün çox sayda dost lazım deyil. Bir neçə yaxın insan və normal sosial əlaqələr kifayət edir.
Aytəkin TOFİQQIZI