Sosial evlərə görə ASAN Xidmət in keçmiş əməkdaşları həbs olundu TƏFƏRRÜAT | Icma.az
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 6 saylı "ASAN Xidmət" mərkəzinin
Qaynarinfo-nun məlumatına görə, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C.
barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, cinayət işi açılan 1985-ci il təvəllüdlü Xəqani 2013-cü ildən Sabirabad rayonunda yerləşən "ASAN Xidmət" mərkəzində baş məsləhətçi olaraq işləyib, 2020-ci ilin avqust ayının 6-dan isə Xətai rayonunda yerləşən 6 saylı "ASAN Xidmət" mərkəzində işləməyə başlayıb.
1969-cu il təvəllüdlü Arzu C. isə 2021-ci ilin avqust ayından oktyabr ayına kimi 6 saylı "ASAN Xidmət" mərkəzinin yeməkxanasında işləyib.
Aparılan araşdırma zamanı məlum olub ki, Arzu Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsi ilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib.
Zərərçəkmişlər onun dediklərinə inanaraq "Old Castle" kafesində və "ASAN Xidmət"in sanitar otağında sözügedən vəsaiti Arzuya veriblər.
Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib.
Tam oxu
Xəbəri oxu