Sosial iqtisadi obrazda dönüş nöqtəsi ... Səudiyyə Ərəbistanında spirt qadağası yalnız varlılar üçün yumşalır

09.12.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanında illərdir mövcud olan spirt qadağasında ciddi yumşalma müşahidə olunur. 1952-ci ildən qüvvədə olan bu qadağa, ölkənin sosial və dini quruluşu nəzərə alınaraq sərt şəkildə tətbiq edilirdi. Lakin indi vəziyyət dəyişir. Belə ki, yüksək gəlirli qeyri-müsəlman əcnəbilər tək bir icazəli mağazada spirtli içki ala biləcəklər.

Yeni qayda yalnız varlıları hədəfləyir.Yəni aylıq gəliri təxminən 23 min manat və ya daha çox olanlar bu imkandan istifadə edə biləcəklər. Mağazaya daxil olmaq üçün gəlir sübutu və ballara əsaslanan istehlak kvotası tələb olunur ki, bu da satışın nəzarətdə qalmasını təmin edir.

Əvvəl yalnız diplomatik nümayəndələr və premium vizası olan az sayda əcnəbi spirt ala bilirdi. İndi isə müəyyən gəlir səviyyəsinə cavab verən hər bir xarici sakin bu hüquqa sahib olacaq. Bu, ölkənin iqtisadi və sosial siyasətində diqqətəçarpan bir addım kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, bu dəyişiklik Səudiyyə Ərəbistanının həm iqtisadi, həm də sosial obrazında incə bir dönüş nöqtəsi kimi görünür. Qadağanın tam qaldırılması hələ gündəmdə olmasa da, varlı əcnəbilərin spirtə çıxışı ölkədə həyat tərzinin tədricən liberallaşdığını göstərir. Dövlət isə sərhədləri diqqətlə qoruyur və yalnız seçilmiş qrupun faydalana biləcəyi bir sistem qurulub.

KİV yazır ki, Səudiyyə Ərəbistanı bir tərəfdən dini və mədəni ənənələrini qoruyur, digər tərəfdən iqtisadi və xarici investisiyalara uyğun adaptasiyaya gedir. Bu addım həm ölkənin qlobal imicinə təsir edəcək, həm də sosial diskussiyalara səbəb olacaq.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью