Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib

08.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri üçün maarifləndirici görüş təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunkasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək, onları sosial xidmət sahəsinin aktual istiqamətləri ilə tanış etmək və gələcək peşə fəaliyyətlərinə hazırlıq prosesinə dəstək verməkdən ibarət olub.

Görüşdə Agentliyin fəaliyyəti, insan resurslarının idarə olunması, işə qəbul prosesləri, peşəkar inkişaf imkanları və sosial iş mütəxəssislərinin əmək bazarındakı rolu barədə tələbələrə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş sahəsində həyata keçirilən sosial xidmətlər, uşaqların müdafiəsi və rifahının təmin olunması sahəsində görülən işlərdən bəhs edilib.

İnteraktiv formatda keçirilən görüş zamanı tələbələr sosial iş sahəsində praktik fəaliyyət, peşə etikası, karyera imkanları və peşəkar inkişaf perspektivləri ilə bağlı suallarını ünvanlayaraq mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью